​Azərbaycan Premyer-Liqasında növbəti turun oyunları keçirilib

​Azərbaycan Premyer-Liqasında növbəti turun oyunları keçirilib İki oyunda qapılara 4 qol vurulub
Futbol
25 Sentyabr , 2015 23:40
​Azərbaycan Premyer-Liqasında növbəti turun oyunları keçirilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer-Liqasında 6-cı tura start verilib.

"Report" xəbər verir ki, turun start oyunlarında "İnter" "Kəpəz"i, "Rəvan" isə "Qəbələ"ni qəbul edib.

"İnter" qonaqların qapısından 1 top keçirdiyi halda, "Rəvan" qapısında 3 qol görüb.

Premyer Liqa. 6-cı tur

"İnter" - "Kəpəz" - 1:0

Qol: Diyeqo Martins, 53 (1:0)

"Rəvan" - "Qəbələ" - 0:3

Qollar: Dodo, 37 (0:1), Samir Zərgərov, 58 (2:0), Aleksey Qay, 78 (3:0).

Son xəbərlər

Orphus sistemi