Azərbaycan Premyer Liqasında növbəti turun bütün təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun bütün təyinatları açıqlanıb "Neftçi" - "İnter" matçı Elvin Əsgərova həvalə olunub
Futbol
27 Oktyabr , 2015 11:56
Azərbaycan Premyer Liqasında növbəti turun bütün təyinatları açıqlanıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunun bütün təyinatları açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə,  "Neftçi" və "İnter" arasında keçiriləcək paytaxt derbisi baş hakim Elvin Əsgərova həvalə olunub. 

FİFA referisi Rəhim Həsənov isə "Zirə - Kəpəz" matçında iş başında olacaq. Bu  oyunların hakim-inspektorları isə Əhmədağa və Gülağa Cabbarov qardaşları olacaq. 


28 oktyabr (çərşənbə)

“Qarabağ” – “Rəvan”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Vüsal Əliyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00

“Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00

“Neftçi” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”, 19:00

“Zirə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
Zirə İdman Kompleksinin stadionu, 17:00

“Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu, 17:00

Son xəbərlər

Orphus sistemi