Azərbaycan Premyer Liqasında növbəti turun açılış oyununda qol vurulmayıb

Azərbaycan Premyer Liqasında növbəti turun açılış oyununda qol vurulmayıb "İnter" Gəncədə "Kəpəz"i məğlub edə bilməyib
Futbol
27 Noyabr , 2015 16:05
Azərbaycan Premyer Liqasında növbəti turun açılış oyununda qol vurulmayıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə "Kəpəz"lə "İnter" komandaları üz-üzə gəlib.

Gəncə şəhər stadionunda keçirilmiş qarşılaşma qolsuz tamamlanıb. Qonaqların 29-cu dəqiqədə penaltidən fərqlənmək imkanını Nizami Hacıyev boşa verib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Tadas Simaitis dəf edib. Bununla da "İnter" xallarını 24-ə çatdıraraq 2-ci, "Kəpəz" isə 20 xalla 5-ci pillədə qalıb.

Bu, iki komanda arasında Premyer Liqada 20-ci qarşılaşma olub. "Kəpəz" 4, "İnter" 13 dəfə qalib gəlib, 3 oyunda heç-heçə qeydə alınıb. Topların nisbəti 18:39-dur. "İnter" uduzmadığı son oyunların sayını 6-ya çatdırıb. Bunların 4-də qələbə qeydə alınıb. Gəncə təmsilçisi ardıcıl 3-cü ev oyununda xal qazana bilməyib. İlk dövrədəki qarşılaşmada "bankirlər" qalib gəlmişdilər - 1:0. 

Son xəbərlər

Orphus sistemi