Bakı. 25 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün son turunun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmalar eyni gündə müxtəlif saatlarda baş tutacaq.
Tura Sumqayıtda eyniadlı komanda ilə gümüş mükafatçı "İnter" arasındakı görüşlə start veriləcək. Bürünc medal uğrunda mübarizə aparan "Qəbələ" və "Neftçi"nin oyunları eyni saatda start götürəcək. Tura Lənkəranda yekun vurulacaq.
XXXVI tur
28 may
19:00. "Sumqayıt" – "İnter" (Bakı)
Sumqayıt. "Kapital Bank Arena"
20:00. "Neftçi" (Bakı) – AZAL (Bakı)
Bakı. "Bakcell Arena"
20:00. "Qəbələ" – "Bakı"
Qəbələ. Qəbələ şəhər stadionu
21:00. "Xəzər Lənkəran" – "Simurq" (Zaqatala)
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
Qeyd edək ki, 2014/15 mövsümünün qalibi olan "Qarabağ" klubu son turda meydana çıxmayacaq.