Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IV turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Tur Gəncədə keçiriləcək "Kəpəz" - AZAL oyunu ilə start götürəcək. Komandalar hazırda müvafiq olaraq turnir cədvəlinin 9 və 10-cu pilləsində qərarlaşıb. Gəncə təmsilçisinin aktivində 2 xal var. "Təyyarəçilər" isə 3 turda bir xal belə qazana bilməyib.
"İnter" və "Qəbələ" komandalarının qarşılaşması isə saat 20:00-da başlayacaq. 3 oyunda 4 xal qazanan "bankirlər" doğma meydanda 3 xal qazanarsa, turnir cədvəlindəki mövqeyini yaxşılaşdıra bilər.
Günün son oyununda isə "Qarabağ" və "Xəzər Lənkəran" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyü ilə bağlı təmir işləri getdiyindən, komandalar Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da üz-üzə gələcəklər. "Qarabağ" qələbə sayəsində turnir cədvəlinin liderlik mövqeyini qoruyacaqsa, cənublular 3 xal qazanarsa, siyahının ilk üçlüyündə qalacaq.
12 sentyabr (şənbə)
16:00. "Kəpəz" – AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əli Hüseynov
Gəncə şəhər stadionu
20:00. "İnter" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabbarov
"İnter Arena"
20:30. "Qarabağ" – "Xəzər Lənkəran"
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
"Dalğa Arena"
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.