Bakı. 10 sentyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının IV turunda keçiriləcək oyunlar üçün hakim təyinatları məlum olub. "Report"un məlumatına görə, "Qarabağ" - "Xəzər Lənkəran" qaşrılaşması Ramil Diniyevə həvalə olunub.
"Qəbələ"nin "İnter"lə səfər qarşılaşmasına isə FİFA referisi Rəhim Həsənov təyinat alıb. Daha bir beynəlxalq dərəcəli hakim Orxan Məmmədov "Sumqayıt" - "Zirə" matçında iş başında olacaq.
5 görüşdən 2-də əlavə köməkçi hakimlərin xidmətindən istifadə ediləcək. Bu, "Kəpəz" - AZAL və "Rəvan" - "Neftçi" qarşılaşmalarında baş verəcək.
12 sentyabr (şənbə)
20:30. "Qarabağ" – "Xəzər Lənkəran"
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
"Dalğa Arena"
16:00. "Kəpəz" – AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov
Gəncə şəhər stadionu
20:00. "İnter" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
"İnter Arena"
13 sentyabr (bazar)
21:00. "Rəvan" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
"Bayıl Arena"
19:00. "Sumqayıt" – "Zirə"
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
"Kapital Bank Arena"