Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ilk 3 turunun oyun cədvəli açıqlanıb.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın tam təqvimi avqustun 25-dən sonra müəyyənləşəcək.
Buna səbəb “Qarabağ” və “Qəbələ” klublarının avrokuboklarda çıxışını davam etdirməsidir. Nəticələrə uyğun olaraq Premyer Liqanın tam təqvimi tərtib olunacaq.
Topaz Premyer Liqası
Birinci dövrə
I tur
6 avqust (şənbə)
AZAL - “Neftçi”
“Zirə” - “Sumqayıt”
7 avqust (bazar)
“Qarabağ” - “İnter”
8 avqust (bazar ertəsi)
“Qəbələ” - “Kəpəz”
II tur
11 avqust (cümə axşamı)
“Sumqayıt” - “Qarabağ”
12 avqust (cümə)
“İnter” - “Qəbələ”
13 avqust (şənbə)
“Kəpəz” - AZAL
14 avqust (bazar)
“Neftçi” - “Zirə”
III tur
19 avqust (cümə)
“Zirə” - AZAL
“İnter” - “Kəpəz”
20 avqust (şənbə)
“Qarabağ” - “Neftçi”
21 avqust (bazar)
“Qəbələ” - “Sumqayıt”
Qeyd edək ki, avqustun 20-21-də keçiriləcək “Qarabağ” - “Neftçi” və “Qəbələ” - “Sumqayıt” matçlarının günü klubların avrokuboklardakı oyunlarına görə dəyişdirilə bilər.