Bakı. 19 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, turun oyunları 3 gün ərzində keçiriləcək.
Turun açılış oyununda "Xəzər Lənkəran" və "Rəvan" komandaları üz-üzə gələcək. Son oyun günündə isə "Zirə" doğma azarkeşlər önündə paytaxtın "İnter" klubunu qəbul edəcək.
22 avqust
21:00. "Xəzər Lənkəran" - "Rəvan"
Xəzər Lənkəran mərkəzi stadionu
23 avqust
21:00. "Neftçi" - "Sumqayıt"
"Bakcell Arena"
21:00. "Qəbələ" - "Kəpəz"
Qəbələ şəhər stadionu
21:00. AZAL - "Qarabağ"
"Dalğa Arena"
24 avqust
21:00. "Zirə" - "İnter"
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu