​Azərbaycan Premyer Liqasında II turun iki oyunu keçirilib

​Azərbaycan Premyer Liqasında II turun iki oyunu keçirilib Qapılara ümumilikdə 4 top vurulub
Futbol
17 Avqust , 2015 00:29
​Azərbaycan Premyer Liqasında II turun iki oyunu keçirilib

Bakı. 17 Avqust. REPORT.AZ/ Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında II turun iki oyunu keçirilib.

“Report” xəbər verir ki, turun birinci qarşılaşmasında “Kəpəz” doğma meydanda Bakının “Zirə” klubunu qəbul edib.

Oyun boyu üstün futbol sərgiləyən ev sahibləri artırma dəqiqələrində qol buraxaraq heç-heçə ilə barışıblar - 1:1.

Digər görüşdə “Sumqayıt” öz meydanında “Xəzər Lənkəran” ilə qarşılaşıb. İlk hissədə qapılara 2 top vurulub – 1:1. İkinci hissədə qol olmayıb və matç bu hesabla başa çatıb.

Azərbaycan Premyer Liqası. II tur

“Kəpəz” – “Zirə” – 1:1

Qollar: Şəhriyar Rəhimov, 73 (1:0), İqor İvanoviç, 90+2 (1:1).

“Sumqayıt” – “Xəzər Lənkəran” – 1:1

Qollar: Bəxtiyar Həsənəlizadə, 10 (1:0), Elşən Rzazadə, 37 (1:1).

Son xəbərlər

Orphus sistemi