Azərbaycan Premyer Liqasında daha 2 oyunun vaxtı dəyişdirilib

Azərbaycan Premyer Liqasında daha 2 oyunun vaxtı dəyişdirilib "Qəbələ" PFL-ə məktubla müraciət edib
Futbol
2 Noyabr , 2015 15:31
Azərbaycan Premyer Liqasında daha 2 oyunun vaxtı dəyişdirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəlində dəyişiklik edilib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” – “İnter” görüşü noyabrın 7-dən noyabrın 9-na keçirilib. 

Bu qərarı PFL “Qəbələ” klubunun məktubunu nəzərə alaraq qəbul edib. Klub noyabrın 5-də Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Borussiya" (Dortmund) klubu ilə səfər oyununa çıxacağı ilə əlaqədar vaxt azlığını səbəb göstərib. 

Eyni zamanda, canlı yayımla əlaqədar “Zirə” – “Sumqayıt” görüşünün noyabrın 6-da deyil, noyabrın 7-də keçirilməsi rəsmiləşib. 

Son xəbərlər

Orphus sistemi