Azərbaycan Premyer Liqasında mövsümün 300-cü qolu vurulub

Azərbaycan Premyer Liqasında mövsümün 300-cü qolu vurulub Yubiley qoluna "Kəpəz"in futbolçusu penaltidən imza atıb
Futbol
18 Aprel , 2016 11:28
Azərbaycan Premyer Liqasında mövsümün 300-cü qolu vurulub

Bakı. 18 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley qolu XXX tura təsadüf edib. 

Bu turadək baş tutmuş 29 turun 145 matçında 297 qol qeydə alındığından, ötən həftəsonuna təsadüf edən 3-cü top yubiley xarakteri daşıyıb. Mövsümün 300-cü qolunu “Kəpəz”in kapitanı Tural Axundov vurub. O, “İnter”lə qarşılaşmada penaltidən dəqiq istifadə edib. Ümumilikdə isə turun sonunadək qol sayı 306-ya çatıb. 150 matçda bu qədər qolun vurulması nəticəsində orta məhsuldarlıq 2,04-ə bərabərdir. Meydan sahibləri 176, qonaqlar 130 dəfə fərqlənib.

Qeyd edək ki, mövsümün ilk qolunu 2015-ci il avqustun 9-da Viktor İqbekoyi (“Zirə”), 100-cü qolunu oktyabrın 28-də Vüqar Mustafayev (“Qarabağ”), 200-cü qolunu isə bu il fevralın 14-də Rəşad Sadıqov (“Qarabağ”) vurub.

Son xəbərlər

Orphus sistemi