Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında II turun sonuncu oyunu keçirilib.
"Report" xəbər verir ki, "Əlincə" stadionunda "Neftçi" futbol klubu "Zirə" komandasını qəbul edib.
"Zirə"nin heyətində Vüqar Mustafayevin 43-cü dəqiqədə vurduğu zərbə Məqsəd İsayevin ayağına dəyərək istiqamətini dəyişib. Bununla da “Zirə” avtoqol sayəsində hesabda irəli çıxıb: 0:1
Oyun bu hesabla, "Zirə" komandasının qələbəsi ilə başa çatıb.
Bununla da Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.