Azərbaycan - Norveç matçının hakimləri müəyyənləşib

Azərbaycan - Norveç matçının hakimləri müəyyənləşib Görüşü ukraynalı hakimlər briqadası idarə edəcək
Futbol
13 Noyabr , 2014 15:07
Azərbaycan - Norveç matçının hakimləri müəyyənləşib
Bakı. 13 noyabr. REPORT.AZ/ AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç matçının hakimləri açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Yevgeni Aranovskiyə Aleksandr Voytyuk və Semyon Şlonçak yan xətt, Sergey Bekker 4-cü hakim qismində yardımçı olacaqlar. Əlavə köməkçi hakimlər isə Sergey Boyko və Anatoli Abduladır. Bundan başqa, Zoran Petroviç (Serbiya) hakim-inspektor, Mehmet Süheyl Önen (Türkiyə) UEFA nümayəndəsi kimi Bakıya gələcək. 

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Norveç matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi