​Azərbaycan - Moldova oyununun biletləri daha bir ünvanda satışa çıxarılıb

​Azərbaycan - Moldova oyununun biletləri daha bir ünvanda satışa çıxarılıb VIP sektorlara biletlərin qiyməti 10 manat, digər yerlərə isə 1 manatdır
Futbol
14 Noyabr , 2015 16:37
​Azərbaycan - Moldova oyununun biletləri daha bir ünvanda satışa çıxarılıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Azərbaycan və Moldova yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri Bakı Olimpiya Stadionunda da satışa çıxarılıb. "Report"un məlumatına görə, oyunu stadiondan izləmək istəyən azarkeşlər bugündən etibarən sözügedən ərazidən bilet ala biləcəklər.

Bundan başqa biletləri 28 Mall Alış-Veriş Mərkəzində, "Bakcell"in Sahil müştəri xidmətlərindən və "Bakcell Arena"nın kassalarından, eləcə də www.tickets.affa.az ünvanından əldə etmək olar.

VIP sektorlara biletlərin qiyməti 10 manat, digər yerlərə isə 1 manatdır.

Son xəbərlər

Orphus sistemi