Bakı. 24 avqust. REPORT.AZ/ Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının Türkmənistan yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib. "Report"un məlumatına görə, qarşılaşmalar avqustun 25-də və 27-də keçiriləcək.
"ABU Arena"da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ilk olaraq oyunların avqustun 24 və 26-da keçirilməsi nəzərdə tutulmuşdu.