Bakı. 4 fevral. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Əlincə” klubunun üzvü Qara Qarayev İspaniyanın "Malaqa" klubunun düşərgəsinə yollanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 yaşlı hücumçu baxış üçün ölkəni tərk edib.
Q.Qarayev İspaniyaya AFFA tərəfindən göndərilib.