Azərbaycan millisinin Bakı və Sloveniya toplanışı üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Bakı və Sloveniya toplanışı üçün heyəti açıqlanıb 24 futbolçuya dəvət göndərilib
Futbol
19 May , 2016 15:44
Azərbaycan millisinin Bakı və Sloveniya toplanışı üçün heyəti açıqlanıb

Bakı. 19 may. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayın 23-də Bakıda start götürəcək toplanış üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, paytaxtda üç gün davam edəcək hazırlıq prosesinə 24 futbolçu dəvət alıb.

Onların arasında klubsuz Elnur Cəfərov da var. 

Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda mayın 25-dən iyunun 5-dək Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışında olacaq.

ADI, SOYADI KLUB
Elşən Abdullayev Neftçi
Rahil Məmmədov Neftçi
Fəhmin Muradbəyli Neftçi
Məqsəd İsayev Neftçi
Azər Salahlı Qarabağ
Mahir Mədətov Qarabağ
Ehtiram Şahverdiyev Qəbələ
Bəhlul Mustafazadə Qəbələ
Vüqar Mustafayev Zirə
Adil Nağıyev Zirə
Sadiq Quliyev Zirə
Tural Hümbətov AZAL
Ruslan Nəsirli AZAL
Elnur Cəfərov klubsuz
Fuad Bayramov İnter
Abbas Hüseynov İnter
Taşkın Sertan İnter
Rəşad Əzizli Rəvan
Orxan Əliyev Kəpəz
Budaq Nəsirov Kəpəz
Tərlan Əhmədli Sumqayıt
Xəyal Nəcəfov Sumqayıt
Orxan Qurbanlı BFC Daugavpils (Latviya)
Dmitri Nağıyev FC Dnipro (Ukrayna)

Qeyd edək ki, Elşən Abdullayev, Rahil Məmmədov, Məqsəd İsayev, Fəhmin Muradbəyli və Mahir Mədətov komandaya mayın 26-da, Vüqar Mustafayev, Adil Nağıyev və Budaq Nəsirov isə bundan bir gün sonra qoşulacaq.

Son xəbərlər

Orphus sistemi