​Azərbaycan millisinin rəqibinin 2 üzvü yeni klubla müqavilə imzalayıb

​Azərbaycan millisinin rəqibinin 2 üzvü yeni klubla müqavilə imzalayıb Onlardan biri vətəninə, digəri isə Yunanıstana yollanıb
Futbol
12 Avqust , 2015 15:51
​Azərbaycan millisinin rəqibinin 2 üzvü yeni klubla müqavilə imzalayıb

Bakı. 12 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibi Xorvatiya yığmasının 2 üzvü özlərinə yeni klub tapıb. "Report"un məlumatına görə, bunlar Hrvoye Miliç və Marin Leovaçdır.

H.Miliç klub karyerasını öz vətənində davam etdirəcək. O, "Hayduk"un formasını geyinəcək. M.Leovaç isə bundan sonra Yunanıstan PAOK-unda top qovacaq.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya qarşılaşması sentyabrın 3-də keçiriləcək. Matçın start fiti 21:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi