​Azərbaycan millisinin rəqibi Bakıya gəlib - FOTO

​Azərbaycan millisinin rəqibi Bakıya gəlib - FOTO Belçika millisi qitə birinciliyində Azərbaycanla birgə A qrupunda yer alıb
Futbol
1 May , 2016 23:09
​Azərbaycan millisinin rəqibi Bakıya gəlib - FOTO

Bakı. 2 may. REPORT.AZ/ Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı ölkəmizə gəlib. "Report"un məlumatına görə, yığma komandanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Belçika yığmasını hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.

Qeyd edək ki, Belçika millisi qitə birinciliyində Azərbaycanla birgə A qrupunda yer alıb. Təbriz Həsənovun komandasının digər rəqibləri isə Portuqaliya və Şotlandiyadır.

Son xəbərlər

Orphus sistemi