Azərbaycan millisinin kapitanı: "Hakim iki penaltimizi vermədi"

Azərbaycan millisinin kapitanı: "Hakim iki penaltimizi vermədi" Elçin Əsədov: "Yanlış qərarlar göz önündə idi"
Futbol
9 May , 2016 11:07
Azərbaycan millisinin kapitanı: Hakim iki penaltimizi vermədi

Bakı. 9 may. REPORT.AZ/ "Oyun çox maraqlı alındı. Sadəcə, hakim çox böyük səhvlərə yol verdi". "Report"un məlumatına görə, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Elçin Əsədov Bakıdakı Avropa çempionatının 2-ci turunda Belçika ilə keçirdikləri qarşılaşmadan sonra deyib.

O bildirib ki, çexiyalı baş hakim Petr Ardeleanunun yanlış qərarları göz önündə olub: "O, iki penaltimizi vermədi".

Əsədov Azərbaycan millisinin 80 dəqiqəlik oyun boyunca qələbə üçün vuruşduğunu və əllərindən gələni etməyə çalışdıqlarını söyləyib: "Amma alınmadı. Bizə dəstək olan azarkeşlərin hamısına təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi