​Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

​Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib Qrupda 6 komanda yer alıb
Futbol
25 İyul , 2015 21:53
​Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun 25-də Sankt-Peterburqdakı Konstantinovski sarayında 2018-ci ildə Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. "Report" xəbər verir ki, püşkatma mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, FİFA prezidenti Yozef Blatter, idman mütəxəssisləri, futbolçular iştirak ediblər. AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov da mərasimə qatılıblar.

Püşkatmaya görə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində “C” qrupunda mübarizə aparacaq. Bu qrupda 6 komanda yer alıb. Azərbaycan yığma komandası bu qrupda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi