Azərbaycan millisinin DÇ-2018-dəki rəqibi qələbə qazanıb

Azərbaycan millisinin DÇ-2018-dəki rəqibi qələbə qazanıb Oyun 1:0 hesabı ilə başa çatıb
Futbol
26 Avqust , 2016 14:51
Azərbaycan millisinin DÇ-2018-dəki rəqibi qələbə qazanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi olan San Marino yığması yoxlama görüşü keçirib. "Report"un məlumatına görə, rəqib İtaliyanın aşağı liqasında çıxış edən "San Marino Kalço" komandası olub.

Oyun Pyer Ancelo Mandzarolinin rəhbərlik etdiyi yığmanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol Stefanellinin aktivinə yazılıb.

Qeyd edək ki, C qrupunda San Marino və Azərbaycan yığmaları arasında ilk görüş sentyabrın 4-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Millinin digər rəqibləri Almaniya, Çexiya, Şimali İrlandiya və Norveç yığmalarıdır.

Son xəbərlər

Orphus sistemi