​Azərbaycan millisinin daha bir rəqibi Bakıya gəlib - FOTO

​Azərbaycan millisinin daha bir rəqibi Bakıya gəlib - FOTO Şotlandiya yığmasını gətirən təyyarə az öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib
Futbol
2 May , 2016 01:18
​Azərbaycan millisinin daha bir rəqibi Bakıya gəlib - FOTO

Bakı. 2 may. REPORT.AZ/ Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycanın yer aldığı qrupun daha bir iştirakçısı paytaxta gəlib. 

"Report"un məlumatına görə, Şotlandiya yığmasını gətirən təyyarə az öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Şotlandiyaları hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.

Qeyd edək ki, Şotlandiya millisi qitə birinciliyində yığmamızla birgə A qrupunda yer alıb. Bundan başqa qrupda Belçika və Portuqaliya yığmaları da mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi