​Azərbaycan millisinin bütün oyunları canlı yayımlanacaq

​Azərbaycan millisinin bütün oyunları canlı yayımlanacaq Oyunları "CBC Sport"dan izləmək mümkün olacaq
Futbol
6 Noyabr , 2015 12:35
​Azərbaycan millisinin bütün oyunları canlı yayımlanacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları canlı yayımlanacaq. "Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oyunlar "CBC Sport" vasitəsilə yayımlanacaq.

Qrupun son turunda hər iki qarşılaşma eyni vaxtda başlayacağı üçün Azərbaycan yığmasının oyunu canlı, digər matç isə videoyazı şəklində təqdim olunacaq.

10 noyabr

Saat 14:00. Türkiyə – Bosniya və Herseqovina

Saat 18:00. Ukrayna – Azərbaycan

12 noyabr

Saat 14:00. Bosniya və Herseqovina – Ukrayna

Saat 18:00. Türkiyə - Azərbaycan

15 noyabr

Saat 18:00. Ukrayna – Türkiyə

Saat 18:00. Azərbaycan – Bosniya və Herseqovina

Qeyd edək ki, Ukrayna – Türkiyə oyunu "Dalğa Arena"da, digər qarşılaşmalar isə Bayıl stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi