Azərbaycan millisi Antalyada "Şaxtyor"un əsas komandası ilə qarşılaşacaq - YENİLƏNİB

Azərbaycan millisi Antalyada "Şaxtyor"un əsas komandası ilə qarşılaşacaq - YENİLƏNİB Robert Prosineçkinin rəhbərlik etdiyi yığma cəmi bir oyun keçirəcək
Futbol
12 Fevral , 2015 17:21
Azərbaycan millisi Antalyada Şaxtyorun əsas komandası ilə qarşılaşacaq - YENİLƏNİB

Bakı. 12 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Ukrayna "Şaxtyor"unun əsas komandası ilə üz-üzə gələcək. Bu barədə "Report"a millinin baş inzibatçısı İslam Abbasov məlumat verib.

Onun sözlərinə görə, Donetsk təmsilçisi fevralın 17-də Çempionlar Liqasının ilk 1/8 final matçında Almaniya "Bavariya"sını qəbul etdikdən sonra Antalyaya yollanacaq. Görüş isə fevralın 24-də baş tutacaq.

İ.Cabbarov həmçinin bildirib ki, millinin fevralın 20-dən başlanacaq toplanışı zamanı cəmi bir oyunun keçirilməsi nəzərdə tutulub. 

İlk xəbər saat 15:55-də verilib

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 20-dən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına başlayacaq futbol üzrə Azərbaycan milli komandasının ilk rəqibi müəyyənləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığma Ukraynanın "Şaxtyor" klubu ilə üz-üzə gələcək. 

Donetsk təmsilçisi ilə qarşılaşma fevralın 24-də baş tutacaq. 

Qeyd edək ki, Azərbaycan yığmasının Antalya toplanışı bir həftə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi