Azərbaycan millisi "Şaxtyor"la oyuna qara sarğıda çıxacaq

Azərbaycan millisi "Şaxtyor"la oyuna qara sarğıda çıxacaq Antalya şəhərində keçiriləcək yoldaşlıq görüşü bir dəqiqəlik sükutla başlayacaq
Futbol
24 Fevral , 2015 17:55
Azərbaycan millisi Şaxtyorla oyuna qara sarğıda çıxacaq

Antalya. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Ukrayna "Şaxtyor"u ilə Türkiyənin Antalya şəhərində keçirəcəyi yoldaşlıq görüşü bir dəqiqəlik sükutla başlayacaq. 

"Report"un Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Mardan" idman kompleksində təşkil olunan qarşılaşmaya Azərbaycan millisi qara sarğıda çıxacaq.

Bu addım Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün atılıb.

Qeyd edək ki, Azərbaycan - "Şaxtyor" matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi