Azərbaycan millisi San Marino ilə oyun üçün səfərə çıxıb

Azərbaycan millisi San Marino ilə oyun üçün səfərə çıxıb Çarter reysi ilə uçan təyyarədə Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb
Futbol
2 Sentyabr , 2016 16:17
Azərbaycan millisi San Marino ilə oyun üçün səfərə çıxıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası San Marino ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün səfərə çıxıb.

"Report"un məlumatına görə, çarter reysi ilə uçan təyyarədə yığma üzvlərindən əlavə, azarkeşlər və jurnalistlər, Mini Futbol Liqasının qalibi "Yuventus" komandasının futbolçuları, eləcə də AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb.

Təyyarə İtaliyanın Rimini hava limanına endikdən sonra San Marinoya yollanacaq. Oyun isə sentyabrın 4-də Serravalle şəhərindəki Olimpiya stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi