Azərbaycan millisi növbəti məşqini keçirib - FOTOREPORTAJ

Azərbaycan millisi növbəti məşqini keçirib - FOTOREPORTAJ Bu məqsədlə keçirilən məşq prosesini AFFA İcraiyyə Komitəsinin üzvləri də izləyiblər
Futbol
29 Avqust , 2016 21:13
Azərbaycan millisi növbəti məşqini keçirib - FOTOREPORTAJ

Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində keçiriləcək San Marino yığması ilə oyunun hazırlığını davam etdirir.

"Report"un məlumatına görə, Robert Prosineçkiin rəhbərlik etdiyi komanda "Dalğa Arena"da axşam məşqinə çıxıb. Yığmanın futbolçusu Əfran İsmayılov komandadan ayrı məşq edib.

Məşq prosesini AFFA İcraiyyə Komitəsinin üzvləri də izləyiblər.

Xatırladaq ki, yığma milli komandaların Mərdəkanda yerləşən təlim-məşq bazasında hazırlaşır.

FOTO: Firi Salim

Son xəbərlər

Orphus sistemi