Bakı. 11 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası Kanada yığması ilə yoldaşlıq görüşü keçirəcək. "Report"un Kanada Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş iyunun 3-də Avstriyada təşkil olunacaq.
Qarşılaşma hər iki ölkə yığmasının təlim-məşq toplanışı çərçivəsində gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan və Kanada milliləri arasında ilk yoldaşlıq görüşü olacaq.