​Azərbaycan millisi AVRO-2017 çərçivəsində ilin sonuncu oyununu keçirəcək

​Azərbaycan millisi AVRO-2017 çərçivəsində ilin sonuncu oyununu keçirəcək Rəqib Rusiya yığmasıdır
Futbol
17 Noyabr , 2015 11:01
​Azərbaycan millisi AVRO-2017 çərçivəsində ilin sonuncu oyununu keçirəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2017-nin seçmə qrup mərhələsində ilin son oyununu keçirəcək. "Report"un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Rusiya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bayıl stadionunda keçiriləcək. Seçmə mərhələnin 7-ci qrupunda çıxış edən Azərbaycan millinin aktivində yalnız 1 qələbə var. Komanda yalnız Farer adalarını məğlub etməyi bacarıb. Avstriya və Almaniyaya məğlub olan U-21 rəqib qapısından 2 top keçirib və 16 qol buraxıb. Azərbaycanın 21 yaşadək futbolçuları hazırda 3 xalla qrup 5-cisidir.

Azərbaycan millisi Rusiya ilə oyundan qələbə ilə ayrılarsa, qrupda bir pillə irəliləyərək 4-cü olacaq. Qarşılaşmanı israildən olan Eytan Şmuelevits idarə edəcək.

17:00. Azərbaycan U-21 - Rusiya U-21

Baş hakim: Eytan Şmuelevits

Yan xətt hakimləri: Nissan Davidi, Roy Hassan

Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)

Bakı. Bayıl stadionu

Qeyd edək ki, 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi 2017-ci ildə Polşada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi