Buxarest. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası 2017-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, rəqib İngiltərə millisi olub.
Görüş güclü rəqibin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qolların hər ikisi birinci hissədə vurulub: A.Gomes və J. Sancho fərqləniblər.
Günün digər qarşılaşmasında isə ev sahibi Rumıniya Avstriya millisini sınağa çəkib. Matç 1-2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Seçmə mərhələ çərçivəsində növbəti oyunlar oktyabrınn 27-də keçiriləcək. Azərbaycan millisi Avstriya, Rumıniya millisi isə İngiltərə ilə qarşılaşacaq.
Qeyd edək ki, oyunlar "Buftea” futbol mərkəzinin stadionunda keçirilir.