Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəliləyib Rəqiblərdən 3-ü geriləyib
Futbol
6 Avqust , 2015 13:56
Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəliləyib

Bakı. 6 avqust. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib. 

Hazırda 302 xala malik yığma 106-cı pillədə qərarlaşıb. 

Azərbaycan millisinin AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindən Xorvatiya və İtaliya hərəyə 1 pillə irəliləyib. Hazırda bu komandalar müvafiq olaraq, 1023-cü xalla 13-cü və 1001 xalla 16-cı mövqedədir. Əvəzində Norveç, Bolqarıstan və Malta hərəyə 1 pillə geriləyib. Onlar isə müvafiq olaraq, 495 xalla 68-ci, 487 xalla 69-cu və 157 xalla 159-cudurlar.

Siyahıya yenə Argentina millisi başçılıq edir. DÇ-2014-ün finalçısı 1425 xala malikdir. 1 pillə irəliləyən Belçika 1244 xalla 2-ci, 1 pillə geriləyən son dünya çempionu Almaniya isə 1226 xalla 3-cü pillədə yer alıb. 

Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 3-də açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi