​Azərbaycan millisi bu gün Sankt-Peterburq komandası ilə qarşılaşacaq

​Azərbaycan millisi bu gün Sankt-Peterburq komandası ilə qarşılaşacaq Görüş Peterburqski İdman-Konsert Kompleksində baş tutacaq
Futbol
7 Yanvar , 2015 10:25
​Azərbaycan millisi bu gün Sankt-Peterburq komandası ilə qarşılaşacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXVII ənənəvi beynəlxalq turnirdə ikinci qrup mərhələsinin H qrupunda ilk görüşünü bu gün keçirəcək. "Report"un məlumatına görə, rəqib təşkilatçı Sankt-Peterburq komandası olacaq. 

Peterburqski İdman-Konsert Kompleksində baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Mübarizə apardığı F qrupunda birinci yeri tutan Azərbaycan yığmasının növbəti rəqibləri, reqlamentə uyğun olaraq, D və E qrupunun qalibləri olmalıdır. Sankt-Peterburq komandası D qrupunda birinci yeri tutub. Digər rəqib - F qrupunun qalibi Cənubi Koreya yığması ilə matç isə yanvarın 8-də eyni məkan və saatda təşkil ediləcək. 

Qeyd edək ki, öz qrupunda Rusiya-2 komandasını 4:2, Yaponiya yığmasını isə 1:0 hesabı ilə məğlub edən Azərbaycan millisi hazırda yer aldığı H qrupunu lider kimi başa vuracağı təqdirdə, finala vəsiqə qazanacaq. Həlledici görüşdə isə Nikolay Adamın rəhbərlik etdiyi komanda Rusiya, Sloveniya və Belarus yığmalarının yer aldığı G qrupunun qalibi ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi