​Azərbaycan millisinin AVRO-2016-dakı rəqibinin baş məşqçisi danışılmış oyunlarda şübhəli bilinir

​Azərbaycan millisinin AVRO-2016-dakı rəqibinin baş məşqçisi danışılmış oyunlarda şübhəli bilinir Prokuror bu qənaətə gəlib
Futbol
30 İyun , 2015 16:34
​Azərbaycan millisinin AVRO-2016-dakı rəqibinin baş məşqçisi danışılmış oyunlarda şübhəli bilinir

Bakı. 30 iyun. REPORT.AZ/ Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Antonio Konte danışılmış oyunlarda şübhəli bilinir. "Report"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, prokuror Roberto di Martino 2012-ci ildən aparılan istintaqın davamında bu qənaətə gəlib.

Daha öncə təcrübəli mütəxəssis analoji hadisə ilə üzləşib. İtaliyanın "Siena" klubunun 2010/2011 mövsümündə "Novara" və "Albinoleffe" ilə qarşılaşmaları şübhəli oyunlar siyahısına daxil edilib. Həmin mövsümdə isə "Siena"nın baş məşqçisi A.Konte olub. 2012-ci ildə aparılmış araşdırmalar nəticəsində onun məşqçilik fəaliyyətinə 10 ay qadağa qoyulub, sonradan diskvalifikasiya müddəti 4 ay azaldılıb.

Qeyd edək ki, Antonio Kontenin baş məşqçisi olduğu İtaliya millisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanın yer aldığı H qrupunda mübarizə aparır və 12 xalla 2-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi