Azərbaycan milli komandasının baş məşqçiliyinə namizəd "böyük oyun"u izləyib

Azərbaycan milli komandasının baş məşqçiliyinə namizəd "böyük oyun"u izləyib Robert Prosineçki bu gün səhər saatlarında Bakıya gəlib
Futbol
24 Noyabr , 2014 18:43
Azərbaycan milli komandasının baş məşqçiliyinə namizəd böyük oyunu izləyib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki bu gün saat 17:00-da "Dalğa" Arenada keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçını izləyib. "Report"un "Dalğa" arenada olan əməkdaşının verdiyi məlumata görə, oyunu xorvatiyalı mütəxəssislə yanaşı, Azərbaycanın U-21 millisinin baş məşqçisi və AFFA-nın texniki direktoru Bernard Lippert, AFFA-nın baş katibi Elxan Məmmədov izləyir.

Xatırladaq ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən olan Robert Prosineçki bu gün səhər saatlarında Bakıya gəlib.

Son xəbərlər

Orphus sistemi