Azərbaycan milli komandası "Daşkənd Kubok"unda ikinci yeri tutub

Azərbaycan milli komandası "Daşkənd Kubok"unda ikinci yeri tutub Qalib adını Qazaxıstan qazanıb
Futbol
4 Dekabr , 2014 09:25
Azərbaycan milli komandası Daşkənd Kubokunda ikinci yeri tutub

Bakı. 4 dekabr. REPORT.AZ/ Özbəkistan paytaxtında təşkil olunmuş futzal üzrə Beynəlxalq "Daşkənd Kuboku-2014" turnirində Azərbaycan milli komandası ikinci yeri tutub. "Report"un məlumatına görə, Baş məşqçi Faustino Peresin başçılıq etdiyi yığma son oyunda meydan sahiblərini 6:3 hesabı ilə məğlub edib. 

Vitali Borisovun dubl etdiyi oyunda digər qolları Xətai Bağırov, Amadeu, Eduardo və Fineo vurub. 

Qeyd edək ki, 4 ölkənin qatıldığı turnirdə qalib adını Qazaxıstan millisi qazanıb. 

Son xəbərlər

Orphus sistemi