Azərbaycan milli komandası "Qarabağ"ı dəstəkləyəcək

Azərbaycan milli komandası "Qarabağ"ı dəstəkləyəcək Yığma üzvləri "Dnepr"lə görüşü Tofiq Bəhramov adına Respublika stadionunda izləyəcəklər
Futbol
5 Noyabr , 2014 13:55

Bakı. 5 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının üzvləri noyabrın 6-da "Qarabağ" və Ukraynanın "Dnepr" komandaları arasında keçiriləcək Avropa Liqasının IV tur matçını Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləyəcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, hazırda təlim-məşq toplantısında olan yığma üzvləri Ağdam klubuna dəstək olacaqlar. 

Görüş saat 21:00-da başlanacaq. 

Qeyd edək ki, hazırda Azərbaycan millisi noyabrın 16-da Norveç yığması ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçı ilə əlaqədar toplanışdadır. Bu oyun "Bakcell Arena"da təşkil olunacaq və saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi