Azərbaycan milli komandası FİFA reytinqində geriləyib

Azərbaycan milli komandası FİFA reytinqində geriləyib Belçika yığma komandası tarixində ilk dəfə siyahıya başçılıq edir
Futbol
5 Noyabr , 2015 14:42
Azərbaycan milli komandası FİFA reytinqində geriləyib

Bakı. 5 noyabr. REPORT.AZ/ FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. "Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığması siyahıda 10 pillə geriləyib.

Hazırda milli komandamız dünyanın 115-ci komandasıdır. Ötən ay 328 xalla 105-ci yerdə olan seçməmizin 10 pillə geriləməsinə səbəb AVRO-2016-nın seçmə oyunlarında İtaliyaya evdə (1:3), Bolqarıstana isə səfərdə (0:2) uduzmasıdır. Nəticədə yığmamızın xal hesabı 293-ə düşüb.

Yeni açıqlanan reytinq həm də Belçika milli komandasının tarixində ilk dəfə siyahıya başçılıq etməsi ilə əlamətdar olub. AVRO-2016-nın seçmə turnirinin son iki matçında Andorra (4:1) və İsrail (3:1) yığmalarını məğlub edən "qırmızı iblislər" tarixi ilkə imza atıb.

Reytinqdə ilk "10-luq" aşağıdakı kimidir:

1 (3 - əvvəlki reytinqdə yeri). Belçika - 1440 xal

2 (2). Almaniya - 1388

3 (1). Argentina - 1383

4 (4). Portuqaliya - 1364

5 (9). Çili - 1288

6 (6). İspaniya - 1287

7 (5). Kolumbiya - 1233

8 (7). Braziliya - 1208

9 (10). İngiltərə - 1179

10 (11). Avstriya - 1130

Qeyd edək ki, 1993-cü ildən tətbiq edilən FİFA reytinqinin növbəti versiyası dekabrın 3-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi