Azərbaycan milli komandası FİFA reytinqində 7 pillə irəliləyib

Azərbaycan milli komandası FİFA reytinqində 7 pillə irəliləyib Yeni siyahının ilk pillələrində dəyişiklik baş verib
Futbol
9 İyul , 2015 13:45
Azərbaycan milli komandası FİFA reytinqində 7 pillə irəliləyib

Bakı. 9 iyul. REPORT.AZ/ FİFA dünya yığmalarının yeni reytinqini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 7 pillə irəliləyib. Hazırda 302 xala malik ölkə millisi 108-ci pillədə qərarlaşıb. 

AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, 4 pillə irəliləyən Xorvatiya 1023 xalla 14-cü, 4 pillə geriləyən İtaliya 1001 xalla 17-ci, 3 pillə geriləyən Norveç 495 xalla 67-ci, 6 pillə geriləyən Bolqarıstan 489 xalla 68-ci, 13 pillə geriləyən Malta 157 xalla 158-cidir.

Qeyd edək ki, siyahının ilk pillələrində də dəyişiklik baş verib. 2 pillə irəliləyən Argentina 1473 xalla 1-ci pilləni ələ keçirib. Əvəzində 1411 xalı olan Almaniya 2-ci, 1244 xala malik Belçika 3-cü pilləyə enib.      

Son xəbərlər

Orphus sistemi