Bakı. 29 aprel. REPORT.AZ/ Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandası daha bir yoldaşlıq görüşü keçirəcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda Andorra yığması ilə qarşılaşacaq.
Görüş iyunun 26-da baş tutacaq. Bundan başqa, milli komanda mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada ilə üz-üzə gələcək.
Qeyd edək ki, toplanış 23 may - 4 iyunda keçiriləcək.