Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək

Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək Bu barədə Klublar Komitəsinin sədri açıqlama verib
Futbol
1 Mart , 2016 12:52
Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. "Report"un məlumatına görə, bu barədə Klublar Komitəsinin sədri Fikrət Hüseynov jurnalistlərə açıqlamasında deyib.

F.Hüseynov bugünkü iclasda qəbul olunmuş qərarın İcraiyyə Komitəsinin gündəliyinə salınacağını bildirib. F.Hüseynov bu məqsədlə "Kəpəz"in stadionunun mayadək təmir edəcəyini söyləyib. Bu məqsədlə təmir başa çatanadək kluba ev oyunlarını başqa stadionda keçirməsi tövsiyə olunacaq.  

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi