​Azərbaycan Kubokunun finalı Bakıda keçirilə bilər

​Azərbaycan Kubokunun finalı Bakıda keçirilə bilər Ramin Musayev: "Oyun Bakı Olimpiya Stadionu və ya "Dalğa Arena"da keçirilə bilər"
Futbol
28 Aprel , 2016 13:38
​Azərbaycan Kubokunun finalı Bakıda keçirilə bilər

Bakı. 28 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun finalı Bakıda keçirilə bilər.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.

Gəncə şəhər stadionunun hazırkı vəziyyətinə toxunan qurum rəsmisi final görüşünün paytaxtda keçirilmə variantının olduğunu deyib: "Gəncə stadionu uyğun olmasa, final görüşü Bakıda keçiriləcək. Oyun Bakı Olimpiya Stadionu və ya "Dalğa Arena"da keçirilə bilər".

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Kubokunun final görüşünün Gəncə şəhər stadionunda keçiriləcəyi açıqlanıb. Hazırda həmin stadionda təmir işləri gedir. Final oyunu mayın 26-da olacaq. Finala vəsiqə uğrunda "Qarabağ", "Qəbələ", "İnter" və "Neftçi" klubları mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi