​Azərbaycan Kubokunun 1/4 finalında "Xəzər Lənkəran" "Nefçi"ni məğlub edib

​Azərbaycan Kubokunun 1/4 finalında "Xəzər Lənkəran" "Nefçi"ni məğlub edib Oyun 3:2 hesabı ilə yekunlaşıb
Futbol
2 Mart , 2016 15:58
​Azərbaycan Kubokunun 1/4 finalında Xəzər Lənkəran Nefçini məğlub edib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. "Report"un məlumatına görə, az öncə "Xəzər Lənkəran" - "Neftçi" matçı yekunlaşıb. 

Meydan sahibləri 3:2 hesablı qələbə qazanıb. 

"Xəzər Lənkəran"ın heyətində Vaquf Güləliyev, Tural Qürbətov və İbrahim Qədirzadə, "Neftçi"də isə Ruslan Qurbanov və Fəhmin Muradbəyli fərqlənib.

Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar

14:00. "Xəzər Lənkəran" – "Neftçi" - 3:2

Qollar: Vaquf Güləliyev, 17. Tural Qürbətov, 19. İbrahim Qədirzadə, 52 - Ruslan Qurbanov, 22. Fəhmin Muradbəyli, 39

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

17:00. "Qarabağ" – "Sumqayıt"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Azərsun Arena"

18:00. "Zirə" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Bakı. Zirə İdman Kompleksinin stadionu

19:00. "Rəvan" – "İnter"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. "Bayıl Arena"

Cavab görüşü martın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi