Bakı. 25 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin vaxtı müəyyənləşib. "Report"un məlumatına görə, hər iki oyun aprelin 27-də Bakıda keçiriləcək.
Görüşlər "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.
27 aprel (çərşənbə)
16:00. "İnter" – "Qarabağ"
Bakı. "İnter Arena"
19:00. "Neftçi" – "Qəbələ"
Bakı. "Bakcell Arena"
Qeyd edək ki, cavab qarşılaşmaları mayın 4-də baş tutacaq.