Azərbaycan Kubokunda "İnter" və "Zirə" klublarının rəqibləri müəyyənləşib

Azərbaycan Kubokunda "İnter" və "Zirə" klublarının rəqibləri müəyyənləşib Tovuzda böyükhesablı qələbə qeydə alınıb
Futbol
12 Oktyabr , 2016 16:06
Azərbaycan Kubokunda İnter və Zirə klublarının rəqibləri müəyyənləşib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Kubokunda 1/8 finalında "İnter" və "Zirə"nin rəqibləri müəyyənləşib. 

"Report"un məlumatına görə, turnirin bu gün keçirilən ilkin təsnifat mərhələsində iki görüş baş tutub.

"Turan Tovuz" "Bakılı"nı qəbul edib. Qarşılaşma gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda qonaqların qapısından 4 cavabsız top keçirib. Bununla da Tovuz təmsilçisi 1/8 finalda "Zirə"yə rəqib olub.

"Qaradağ Lökbatan" isə "Şəmkir" səfərindən qələbə ilə ayrılıb. Oyunun sonlarına qədər hesab 1:1 olsa da, qonaqlar qələbə topunu vurmağa nail olub. Oyun "Qaradağ Lökbatan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 16 komandanın mübarizəsində "Qaradağ Lökbatan" "İnter"lə səfər görüşünə çıxacaq.

Oyunlar dekabrın 2-3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi