Azərbaycan klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib

Azərbaycan klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib "Sumqayıt"ın Müşahidə Şurası Aqil Məmmədovu Samir Abasovla əvəzləyib
Futbol
8 Oktyabr , 2015 17:14
Azərbaycan klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Sumqayıt" Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib. Klub prezidenti Kamran Quliyevin "Report"a verdiyi məlumata görə, iclasda Aqil Məmmədovun baş məşqçi vəzifəsindən istefa ərizəsinə baxılıb. 

Şura üzvləri onun istefasını qəbul edib. K.Quliyev bildirib ki, üzvlərdən biri bu vəzifəyə əvəzedici heyətə rəhbərlik edən Samir Abasovun namizədliyini təklif edib. Təklif yekdilliklə təmin olunub. S.Abasovla mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni baş məşqçi komandaya bu gün təqdim olunacaq. 

Qeyd edək ki, Samir Abasovun futbolçu kimi sonuncu klubu da "Sumqayıt" olub. O, 2014-cü ilin yayında futbolçu karyerasını başa vuraraq məşqçiliyə başlayıb. Hazırda S.Abasovun komandası 7 turdan sonra 16 xalla liderdir. 

Son xəbərlər

Orphus sistemi