​Azərbaycan klubu Türkiyədəki təlim-məşq toplanışını ləğv edib

​Azərbaycan klubu Türkiyədəki təlim-məşq toplanışını ləğv edib Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək
Futbol
16 İyul , 2016 15:01
​Azərbaycan klubu Türkiyədəki təlim-məşq toplanışını ləğv edib

Bakı. 16 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu Türkiyənin Bolu bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışının ləğvinə qərar verib.

"Report"un məlumatına görə, klub rəhbərliyi Türkiyədəki vəziyyəti nəzərə alaraq, bu addımı atıb.

Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.

Qeyd edək ki, "Zirə" yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə "qartallar" səfərə çıxa bilməyib. Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi