Bakı. 1 may. REPORT.AZ/ Zaqatalanın "Simurq" klubunun futbolçuları etiraz aksiyası keçiriblər. Oyunçular bu gün "İnter"lə Azərbaycan Premyer Liqasının XXXII tur matçının start fiti çalınan kimi yerə oturublar.
Onların aksiyası azarkeşlərin alqışları ilə müşayiət olunub. Bu müddətdə "İnter"in futbolçuları topu bir-birilərinə ötürməklə məşğul olub. Bir müddət sonra futbolçular oyuna başlayıblar.
Klubun mətbuat xidməti bu addımı belə şərh edib: "Bu, "Simurq"un nə AFFA-ya, nə PFL-ə, nə də hakimlərə etirazıdır. Bu, Azərbaycan futboluna, Zaqatala futboluna son qoymağı planlaşdıran şəxslərə etirazdır".