​Azərbaycan klubu Avropa Çempionlar Kubokunun "pley-off" mərhələsinə vəsiqə qazanıb

​Azərbaycan klubu Avropa Çempionlar Kubokunun "pley-off" mərhələsinə vəsiqə qazanıb Çimərlik futbolu komandası növbəti görüşünü bu gün keçirəcək
Futbol
5 İyun , 2015 10:07
​Azərbaycan klubu Avropa Çempionlar Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanın "Əmrahbank" klubu çimərlik futbolu üzrə Avropa Çempionlar Kubokunun "pley-off" mərhələsinə vəsiqə qazanıb. "Report"un məlumatına görə, İtaliyanın Kataniya şəhərindəki turnirdə C qrupunda mübarizə aparan komanda meydanı 2 qələbə, 1 məğlubiyyətlə tərk edib. 

İlk oyunda Rusiya "Lokomotiv"inə 0:5 hesabı ilə məğlub olan "Amrahbank" ikinci görüşdə Fransanın "Monpelye" klubundan üstün olub - 6:5.

Azərbaycan təmsilçisi son oyunda Rumıniya "Konstanta"sı ilə üz-üzə gəlib və 10:8 hesabı ilə qələbə qazanaraq, adını "pley-off"a yazdırıb.

Qeyd edək ki, "Amrahbank" bu gün 1/16 finalda İspaniyanın "CD Bala Azul" klubu ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi