​Azərbaycan klublarının Avropa Liqasındakı oyunlaırnın başlama saatı açıqlanıb

​Azərbaycan klublarının Avropa Liqasındakı oyunlaırnın başlama saatı açıqlanıb İlk olaraq "Neftçi" mübarizəyə qoşulacaq
Futbol
8 İyul , 2016 18:58
​Azərbaycan klublarının Avropa Liqasındakı oyunlaırnın başlama saatı açıqlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan klublarının oyunlarının başlama saatı açıqlanıb.

"Report"un məlumatına görə, iyulun 14-də azarkeşlər ilk olaraq "Neftçi"nin oyununa şahidlik edəcəklər.

Makedoniya "Şkendiya"sı ilə "Bakcell Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. Ardınca isə "Kəpəz"in Avstriyada "Admira"ya qarşı mübarizəsini izləmək mümkün olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

Son olaraq "Qəbələ" Macarıstan MTK-sının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Xatırladaq ki, cavab görüşləri iyulun 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi